May 20, 2025 11:36 Asia/Baku
  • İsrail Ordusu: Qəzzənın şimalında bir hərbçimiz həlak olub

İsrail ordusu rəsmi açıqlamasında bildirib ki, 601-ci döyüş mühəndisliyi bölüyünün bir hərbçisi – çavuş rütbəli əsgər – Fələstin müqavimət qüvvələri ilə Qəzzənin şimalında baş verən quru toqquşmaları zamanı həyatını itirib.

Son həftələrdə Qəzzə zolağına qarşı aparılan quru əməliyyatlarında İsrail ordusunun itkiləri artıb və bu rejimin ordusu ara-sıra ölən əsgərləri barədə məlumat yayır.Ehtiyatda olan İsrail ordusu generalı İshaq Brik isə xəbərdarlıq edib ki, Qəzzədə müharibənin uzanması İsrail ordusu üçün daha çox itkiyə səbəb olacaq.