Sionist diplomat: Hazırda ən pis vəziyyətdəyik
Sionist diplomat qondarma rejimin Qəzzə müharibəsindəki ağır vəziyyətinə işarə edərək, etiraf edib ki, hazırda sionist rejim mümkün olan ən pis vəziyyətdədir və dünya onların tərəfində deyil.
"Yediot Ahronot" qəzetnin məlumatına görə, sionist rejimin Xarici İşlər Nazirliyindəki bir mənbə deyib: "Biz hazırda "əsl sunami" ilə üz-üzəyik və vəziyyət hər ötən gün daha da pisləşir".Adı açıqlanmayan mənbə etiraf edib ki, 2023-cü ilin noyabrından bəri dünya ölən fələstinli uşaqlardan və dağıdılmış evlərdən başqa heç nə görməyib.Bu sionist mənbə qeyd edib ki, qondarma İsrailin hazırda nə bu böhran üçün bir həll yolu var, nə də ki, müharibədən sonrakı mərhələ üçün bir plan təklif edir. Nə varsa, yalnız ölüm və dağıntıdır.Sionist jurnalist və analitik Barak Sari bundan əvvəl bir paylaşımda bildirib ki, sionist rejim ən çətin dövründədir və Benyamin Netanyahu öz qərarlarını yenidən nəzərdən keçirməlidir.