Hizbullahın baş katibi: Livan xalqı zilləti, işğalı və təslim olmağı qəbul etməyəcək
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim deyib: "Livanın azadə xalqı zilləti, işğalı və təslim olmağı qəbul etməyəcək".
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim Livanın cənubunun işğaldan azad edilməsinin ildönümü münasibətilə etdiyi çıxışında deyib: "Livanda müqavimətin formalaşması çox təbii idi, çünki zilləti, işğalı, “İsrail” düşməninə təslim olmayan azadə bir xalqı vardır.
O, xatırladıb ki, müqavimət 1960-1970-ci illərdə güclənməyə başladı və İmam Seyid Musa Sədr müqavimətin lideri olaraq meydana çıxdı və Məhrumlar Hərəkatını qurdu. 1978-ci ildə BMT Təhlükəsizlik Şurasının İsraili Livan ərazisindən çəkilməyə çağıran 425 saylı qətnaməsi qəbul edildi. Onlar öz himayələri ilə o zaman "Azad Livan Dövləti" adlandırılan dövləti qurdu. Bu, Livanın bir hissəsinin ayrılması və Livanda yaşayış məntəqələrinin yaradılması istiqamətində ilk addım idi".
Şeyx Nəim Qasim qeyd edib ki, 1982-ci ildəki təcavüzdən sonra İsrail Livanda qaldı və 17 may 1983-cü il tarixli razılaşmanı tətbiq etməyə cəhd etdi. Amma xalq, üləmalar və milli səviyyədə real müqavimət Suriya ilə əməkdaşlıq edərək bu alçaldıcırazılaşmanın qarşısını ala bildi.
"1985-ci ildə İsrail müqavimətin zərbələri altında o vaxt Livan ərazisinin 11%-ni təşkil edən və işğal olunmuş sərhəd zolağı adlanan yerə geri çəkildi. 1985-ci ildən 2000-ci ilə qədər sərhəd zolağı İsrail düşməni tərəfindən işğal olunub və qarşıdurmanın əsas mövzusu müqavimət olub", - deyə Livan Hizbullahının baş katibi əlavə edib.
Şeyx Nəim Qasim davamında deyib: "İsrail 2000-ci il mayın 24-də Livanın cənubundan geri çəkildi və nəticədə 25 May Qurtuluş Günü elan edildi. Bu böyük nailiyyət Livanın vəziyyətini məyusluqdan ümidə, təslim olmaqdan müqavimətə, zillətdən izzətə və məğlubiyyətdən qələbəyə dəyişdirdiş. Müqavimət Livanın azadlığını və yeni müstəqilliyini təmin etdi və Qurtuluş Günündən sonra müqavimət güclü Livanın möhkəm sütunu olub".