May 26, 2025 16:02 Asia/Baku
  • Qəzzədə son sutkada 57 fələstinli şəhid olub

Fələstinin xəbər mənbələri bazar günü səhərdən sionistlərin Qəzzə zolağına hücumları nəticəsində 57 fələstinlinin şəhid olduğunu açıqlayıb.

Qəzzə zolağındakı tibb mənbələri bildiriblər ki, ötən gecə Qəzzə şəhərinin əl-Dərəc məhəlləsində məcburi köçkünlərin sığındığı Fəhmi əl-Cərcavi məktəbinin bombalanması nəticəsində indiyədək 25 fələstinli şəhid olub. 

Müvafiq olaraq, Qəzzədəki Fələstinin Səhiyyə Nazirliyi İsrail rejiminin Qəzzə zolağına təcavüzü nəticəsində 7 oktyabr 2023-cü il tarixindən bu yana qurbanların ümumi  sayının 53 min 939 nəfərə yüksəldiyini açıqlayıb.

Nazirlik həmçinin, yaralıların sayının 122 min 797 nəfərə çatdığını bildirib.