Sərhədsiz Həkimlər Təşkilatı:
Humanitar yardımdan silah kimi istifadə bəşəriyyətə qarşı cinayətdir
Sərhədsiz Həkimlər Təşkilatı Qəzzədə ABŞ və İsrailin dəstəklədiyi yardım paylama məntəqələrində onlarla fələstinlinin şəhid olmasına münasibət bildirib və bunu, insanlığa qarşı cinayət hesab edib.
Qəzzədə Fələstin Hökumətinin İnformasiya Ofisi bildirib ki, son bir həftədə sionist rejim hərbçilərinin Amerikan-sionist mexanizmi əsasında yaradılan yardım paylama mərkəzlərində yemək almağı gözləyən fələstinliləri atəşə tutması nəticəsində ən azı 39 nəfər şəhid olub, 250-dən çox fələstinli isə yaralanıb.
Sərhədsiz Həkimlər Təşkilatının fövqəladə hallar üzrə koordinatoru "Claire Manera" bu barədə bildirib ki, bu hadisələr ABŞ və sionist rejimin dəstəklədiyi yeni yardım paylama sisteminin son dərəcə təhlükəli olduğunu və humanitar standartlardan və effektivlikdən ciddi şəkildə məhrum olduğunu göstərir.
Sərhədsiz Həkimlər Təşkilatının fövqəladə hallar üzrə koordinatoru qeyd edib ki, bu humanitar fəlakəti yalnız dərhal atəşkəs və humanitar yardımların təcili və sürətli çatdırılması ilə azaltmaq olar.
O vurğulayıb ki, humanitar yardım yalnız onu təhlükəsiz və effektiv şəkildə çatdırmaq üçün lazımi səlahiyyət və iradəyə malik humanitar təşkilatlar vasitəsilə paylanmalıdır".