Qəzzədə 2 milyondan çox insan aclıq təhlükəsi ilə üz-üzədir
İyun 03, 2025 12:33 Asia/Baku
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bu gün yaydığı bəyanatda bildirib ki, Qəzzə zolağında iki milyondan artıq insan kəskin aclıqla üz-üzədir və onların böyük bir hissəsi aclıqdan qırılma riski altındadır.
Təşkilat humanitar böhranın daha da dərinləşməməsi üçün ərzaq yardımının artırılması və onun bölgədə sürətli şəkildə paylanmasının vacibliyini xüsusi olaraq vurğulayıb.