İyun 05, 2025 12:20 Asia/Baku
  • YUNİSEF:  Qəzzə müharibəsində 40 mindən çox uşaq yetim qalıb

BMT-nin Uşaq Fondu – YUNİSEF-in Fələstindəki sözçüsü Kazım Əbu Xələf, Qəzzə zolağında uşaqların vəziyyətinin getdikcə daha da acınacaqlı hal aldığını bildirib. Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, müharibə nəticəsində 40 mindən çox uşaq valideynlərini itirib və bu say sürətlə artır.

O əlavə edib ki, müharibənin uşaqlar üzərində yaratdığı psixoloji və sinir sisteminə təsirləri dərin və narahatedicidir: “Qəzzəli uşaqların sağalması üçün illərlə vaxt lazım olacaq – təkcə bədən yaralarından yox, həm də yaşadıqları psixoloji travmalardan.”