İyun 07, 2025 15:40 Asia/Baku
  • Qəzzəyə hücumlar davam edir

Sionist rejim ordusu bu gün də Qəzzə zolağında qırğınlarını davam etdirib və qaçqın düşərgələrinə və humanitar yardım almağa gedən insanlara qarşı ağır hücumlar həyata keçirib.

Xəstəxana mənbələri bu səhər Qəzzə zolağının cənubundakı Xan Yunis şəhərinin qərbində qaçqın çadırlarının bombalanması nəticəsində 12 nəfərin şəhid olduğunu və 50-dən çox insanın yaralandığını bildiriblər.

Xan Yunisdə müxtəlif ərazilərin atəşə tutulması nəticəsində 12 dinc sakin həlak olub, onlardan 3-ü aldığı yaralar nəticəsində həlak olub.

Fələstin mənbələri, həmçinin bu gün Qəzzənin qərbində bir evin bombalanması zamanı bir neçə fələstinlinin şəhid olduğunu və ya yaralandığını bildiriblər.

Bu mənbələr işğalçıların Qəzzə şəhərinin qərbində yerləşən Əl-Şifa xəstəxanasının ətrafına təşkil etdiyi hava hücumuna da işarə ediblər. Hansı ki çoxlu sayda fələstinlinin şəhid olması və ya yaralanması ilə nəticələnib.