Həkim İslam ümmətini Fələstini himayə etməyə çağırıb
İraqın Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar Həkim İslam ümmətini sionistlərin təcavüzlərinə qarşı vahid mövqe nümayiş etdirməyə çağırıb.
İraqın Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar Həkim Qurban bayramı namazı xütbələrində Bağdadda sionist rejimin regionda, xüsusilə də Qəzzə və Livanda özbaşına siyasətinə son qoymağa çağırıb. xalqların ləyaqətini və hüquqlarını qoruyan sülhsevər təşəbbüsləri dəstəkləməyin vacibliyini vurğulayıb və sionist rejimin Qəzzə və Livan xalqlarına qarşı törətdiyi vəhşi cinayətləri pisləyib.O, bir daha bu vəhşi işğalçılıq qarşısında vahid ərəb və İslam mövqeyinə çağıraraq, deyib:
"Ölkələrimizin və xalqlarımız arasında sabitliyi qorumaq, sülhü möhkəmləndirmək və təfriqə və ixtilaf yaratmaq və müharibə kabusunu yenidən bölgəyə qaytarmaq cəhdlərini cilovlamaq üçün uzunmüddətli strateji tərəfdaşlıqlar qurmağın vaxtı çatıbdır".