Yəmən qəsb olunmuş ərazilərə ballistik raketlə hücum edib
İyun 11, 2025 18:47 Asia/Baku
Yəmən ordusu ballistik raketlə qəsb olunmuş Fələstin ərazilərinin içərilərini hədəfə alıb.
Əlcəzirə telekanalı təcili bir xəbərdə, İsrail rejimi ordusuna istinadla məlumat verib: Yəməndən raket atışını gördük və onun izinə düşməyə çalışırıq.
Təl-Əvivdə, Qüdsdə və qərb sahilində yerləşən sionist qəsəbələrdə həyəcan siqnalları səsləndirilib.
Qüds-Nyus telekanalı da təcili bir xəbərdə Yəməndən raketin atılmasından sonra işğal olunmuş Fələstinin mərkəzində və qərb sahilində yerləşən sionist qəsəbələrdə bir neçə partlayışın baş verməsindən xəbər verib