İsrail rejimi Hizbullahın Livandakı yeni PUA proqramından narahatdır
Sionist rejim iddia edib ki, Hizbullah Rusiya və Ukrayna arasındakı müharibədə istifadə edilən taktikalardan ilhamlanaraq yeni növ dron istehsal etməyi planlaşdırır.
Yediot Aharonot qəzeti bildirib ki, Hizbullah və İsrail rejimi arasında gərginliyin davam etməsi və bu rejimin Hizbullahla əlaqəli mərkəzləri hədəfə almaq üçün davamlı səyləri fonunda Hizbullah Rusiya və Ukrayna müharibəsindəki taktikalardan və təcrübələrdən ilhamlanaraq müstəqil pilotsuz təyyarələr istehsal etməklə hərbi imkanlarını gücləndirməyə çalışır.
Reportajın davamında deyilir: Sadə dronların istehsalı və istifadəsi raketlərə nisbətən daha ucuz və daha sürətlidir və onun komponentlərini əldə etmək və montaj etmək daha asandır. Bu, təşkilata regional məhdudiyyətlərə baxmayaraq, manevr etmək və hərbi cəhətdən inkişaf etmək imkanı verir.
Qəzet əlavə edib ki, Hizbullah dronları onlayn sifariş verilə bilən sadə komponentlərdən istifadə edərək istehsal edir, bu da onları təhlükəsizlik təhdidləri kimi aşkar etməyi çətinləşdirir.
Yediot Aharonot iddia edib ki, İran Hizbullahı maliyyələşdirməklə yanaşı, ona dron komponentləri və partlayıcı maddələr verir.
Əksər sionist analitiklər və ekspertlər xəbərdarlıq edirlər ki, Hizbullah hələ də öz gücünü artırı və özünü yenidən qurur. və sionist rejim başçılarının təsəvvürünün əksinə olaraq, Livan Hizbullahı bu rejim üçün çox ciddi hərbi təhdid olmaqda davam edir və hələ də işğal olunmuş ərazilərin həssasnöqtələrinə ölümcül və bərpası mümkün olmayan ziyan vura biləcək on minlərlə raket, dron və müasir hərbi silahlara malikdir.