İyun 15, 2025 18:39 Asia/Baku
  • Sionist analitik: Sonda atəşkəs üçün İrana yalvarmalı olacağıq

Sionist rejimin təhlükəsizlik və hərbi məsələlər üzrə analitiki deyib ki, İranla münaqişə davam edərsə, sonda İsrail rejimi atəşkəs əldə etmək üçün İrana yalvarmalı olacaq.

Sionist ekspert Yossi Milman İranın sionist rejimə dağıdıcı zərbələri ilə bağlı təhlilində əlavə edib: "İlkin eyforiya uzun sürmədi. Cümə günü səhər öz-özümə sual verdim: Həqiqətənmi, xüsusilə də İranla müharibəyə başlamaq lazım idimi?"O, sionist rejim başçılarına xirabən deyib: "Mən sizə məsləhət görürəm ki, itkilərinizi azaltmaq üçün Trampa müraciət edəsiniz ki, bu dəliliyi ağlabatan razılaşma ilə dayandırsın. Əks halda, özümüzü elə bir vəziyyətdə görəcəyik ki, atəşkəs üçün İrana yalvarmağa məcbur olacağıq, İran isə bunu rədd edəcək və qəbul etməyəcək.