İyul 07, 2025 15:35 Asia/Baku
  • Kərbəlada 12 milyondan çox zəvvar Aşura mərasimində iştirak edib

İraqın Səhiyyə Nazirliyi bildirib ki, bazar günü Aşura mərasimində iştirak edən 12 milyondan çox zəvvara xidmət göstərib.

İraqın Səhiyyə Nazirliyinin məsul şəxsləri Aşura gününün əzadatlıq mərasimlərində iştirak etmək üçün Kərbəlaya gələn 12 milyondan çox zəvvara tibbi, maarifləndirmə və təcili yardım xidmətləri göstərdiklərini açıqlayıblar. 

İraqın Daxili İşlər Nazirliyi də Aşura mərasimləri üçün təhlükəsizlik planının uğurla həyata keçirildiyini vurğulayıb. 

İraqın Daxili İşlər Nazirliyi qeyd edib ki, İraqın xaricindən on minlərlə zəvvar Kərbəladakı Aşura mərasimlərində iştirak edib və onların giriş-çıxış prosesləri tamamilə rəvan şəkildə və heç bir problem olmadan keçib.