BMT: İsrail hələ də Qəzzəyə humanitar yardımların çatdırılmasına mane olur
İyul 09, 2025 13:18 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatının sözçüsü bildirib ki, İsrail rəsmiləri bu təşkilatın Qəzzədə humanitar missiyalar və yardımlar həyata keçirməsinə hələ də mane olurlar.
Dujarrik vurğulayıb ki, Qəzzədə nəqliyyat axını hələ də “son dərəcə məhduddur” və yardım missiyaları tez-tez İsrail qüvvələri tərəfindən gecikdirilir, rədd edilir və ya pozulur. O, əlavə edib: “Dünən Ümumdünya Səhiyyə Təşkilatındakı həmkarlarımız Xan Yunisdə yerləşən Nasir Tibb Kompleksinin qorunmasını tələb ediblər və xəbərdarlıq ediblər ki, bu xəstəxana yaralılarla doludur, tutumunun iki qatından artıq xəstə qəbul edib və faktiki olaraq böyük bir təcili yardım bölməsinə çevrilib.”