Sionist hərbçilərin Qəzzədə itkiləri davam edir
Sionist rejim ordusu cümə axşamı daha üç hərbçisinin Qəzzə şəhərində hədəfə alındığını bildirib.
Sionist rejim ordusunun sözçüsü Avixay Adrai bu üç sionist hərbçinin Qəzzə şəhərində snayperin açdığı atəşi nəticəsində yaralandığını açıqlayıb.
Bu üç hərbçi İsrail ordusunun 99-cu diviziyasına bağlı 7-ci briqadadan idilər ki, Qəzzə şəhərinin mərkəzində baş verən toqquşmaları zamanı hədəfə alınıblar.
Bu məlumat, sionist rejim ordusunun işğal olunmuş ərazilərin cənubunda bir əsgərin cəsədinin aşkar edildiyini təsdiqlədikdən cəmi bir saat sonra yayılıb.
Bununla bağlı sionist rejimin “Haaretz” qəzeti çərşənbə günü elan edib ki, bu ilin əvvəlindən Qəzzə müharibəsində 62 sionist hərbçi öldürülüb.
İşğalçı rejimin rəsmi açıqlamalarına görə, rejimin 2023-cü il oktyabrın 7-dən öldürülən hərbçilərinin sayı 877-yə yüksəlib, onlardan 443-ü Qəzzə zolağına quru hücumu zamanı məhv edilib.