Yəmən Təl-Əvivə raket hücumu edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420840-yəmən_təl_Əvivə_raket_hücumu_edib
Yəməndən Təl-Əvivə doğru raket atıldıqdan işğal olunmuş Fələstin ərazilərinin mərkəzində geniş ərazilərində təhlükə sirenləri işə düşüb.
(last modified 2025-07-10T05:25:54+00:00 )
İyul 10, 2025 09:25 Asia/Baku
  • Yəmən Təl-Əvivə raket hücumu edib

Yəməndən Təl-Əvivə doğru raket atıldıqdan işğal olunmuş Fələstin ərazilərinin mərkəzində geniş ərazilərində təhlükə sirenləri işə düşüb.

Yəmən tərəfindən bir raketin atılması, bir daha milyonlarla sionisti sığınacaqlara qaçmağa məcbur edib. 

İşğal altında olan Qüds və Təl-Əvivin geniş ərazilərində sirenlər səslənib.

Həmçinin, Ben Qurion hava limanının fəaliyyəti də bir neçə dəqiqəlik dayandırılıb.

Sionist rejim ordusunun sözçüsü bu raketin ələ keçirilərək, məhv edildiyini iddia edib. 

Bu iddia Yəmən mənbələri tərəfindən hələlik təsdiq edilməyib.