İyul 13, 2025 15:54 Asia/Baku
  • Əl-Qəssam və Əl-Qüds Briqadalarının yeni əməliyyatı

HƏMAS-ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları Qəzzə şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsində iki ayrı-ayrı əməliyyatda sionist rejimin iki hərbi maşınını və bir tankını məhv etdiklərini açıqlayıb.

Əl-Qəssam qüvvələri Zeytun məhəlləsinin şərqində güclü bombalarla sionist rejimin iki D-9 tipli zirehli buldozerini məhv ediblər, Həmçinin, həmin ərazidə oxşar bomba ilə rejimin Merkava tankını məhv ediblər. 

Bu bəyanat, sionist rejim ordusunun Qəzzənin cənubundakı Xan Yunis və şərqindəki Şücaiyyə məhəlləsində hərbçilərini hədəfə alındığı elan etməsindən sonra yayılıb. 

Sionist rejim mətbuatının məlumatına görə, təkcə iyun ayında ordunun 20 əsgər və zabiti öldürülüb. Statistikaya görə, bu ay Qəzzə zolağında İsrail ordusu üçün ən ölümcül ay olub. Müqavimətin qəfil pusquları və yerləşdirdiyi bombalardan qaynaqlanan dəhşət işğalçı qüvvələrə və İsrail cəmiyyətinə geniş psixoloji təsir göstərib.

İslami Cihad hərəkatının hərbi qolu olan Əl-Qüds Briqadası da Xan Yunis şəhərinin şərqində Şeyx Nasir bölgəsində içərisində partlayıcı maddələr olan çəlləyi partladaraq, işğalçı sionist hərbçilərin maşınını məhv etdiyini açıqlayıb.