Sionist rejim hərbçilərinin qərargahı Əlqəssam raketlərinin hədəfinə çevrilib
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın Əlqəssam batalyonları sionist rejimin komandanlıq mərkəzinə qarşı raket hücumundan xəbər veriblər.
Həmas-ın hərbi qolu olan İzzəddin Əlqqəsam batalyonları bildiribdir ki, sionist rejimin Xan Yunusun cənubunda yerləşən «Qizan Ənnəccar» bölgəsindəki bir qərargahı və yoxlama-buraxılış məntəqəsini raket hücumları hədəfinə çevirib.
Bir sionist rejim mediası da təsdiq edibdir ki, şənbə günü Qəzzənin şimal və cənub bölgələrində baş verən üç hərbi toqquşmada beş sionist hərbçi yaralanıb.
Sionist «Yediot Ahornot» qəzeti bu hərbçilərin vəziyyət və şəraitlərinə əsla işarə etməyib.
Digər tərəfdən, sionist mənbələr Xan Yunus bölgəsində yeni təhlükəsizlik hadisəsinin xəbər veriblər. Bildiriblər ki, yaralılar hava yolu ilə hadisə məkanından köçürülüblər.
Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Əl-Qüds batalyonları da bildiriblər ki, Xan Yunus şəhərindən şimal-şərqdə yerləşən «Kisufim» yardımçatdırma istiqamətində öncədən yerləşdirilmiş bir bombanı partlatmaqla işğalçı sionist rejim hərbçilərinin zirehli avtomobilini hədəfə alıb və məhv ediblər.