İyul 14, 2025 17:39 Asia/Baku
  • Suriyada toqquşmalar davam edir; 130 ölü və yaralı var

Suriyanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi bu ölkədə baş verən daxili qarşıdurmalarda ən azı 30 nəfərin öldüyünü bildirib.

Əl-Məyadinin məlumatına görə, Suriyanın cənubundakı Suveyda əyalətində Druzlarla Bədəvi qəbilələri arasında baş verən silahlı qarşıdurmalarda 37 nəfər ölüb, 100-ə yaxın lnsan isə yaralanıb. Bu barədə Suriyanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Toqquşmalar Suveydanı paytaxt Dəməşqlə birləşdirən avtomobil yolunda avtomobil oğurlanmasından sonra başlayıb

Nazirlik, təhlükəsizlik qüvvələrinin münaqişənin həlli üçün tezliklə müdaxilə edəcəyini vurğulayıb. 

Bundan əvvəl "Rical Əl-Kəramə" Hərəkatı bir bəyanat yayaraq, bildirib ki, gərginliyin kökləri Dəməşq və Suveyda arasındakı həyati əhəmiyyətli yolun təhlükəsizliyinin təmin edilməsində hökumətin məqsədyönlü etinasızlığı və bu yolda mülki şəxslərə təkrar təcavüzlərə məhəl qoymamasıdır". 

Hərəkat əlavə edib: "Suveyda əyalətində artan gərginlikvətəndaş sülhünü təhdid edir və xaosa qapı açır". 

Suriyanın müvəqqəti hökumətinin dəstəklədiyi tayfalar ilə druz qrupları arasında bu münaqişə ölkənin digər bölgələrindən hər iki tərəfin tərəfdarlarının yeridilməsi ilə yeni mərhələyə qədəm qoyub.

Druzi qəbiləsi ilə Colaninin rəhbərlik etdiyi Heyət Təhrir əş-Şama bağlı qruplar arasında toqquşmaların baş verməsi ilk dəfə deyil. Bundan əvvəl Dəməşqin ətrafındakı Camana şəhəri druz silahlı qrupları ilə Colaniyə bağlı qüvvələr arasında şiddətli toqquşmaların şahidi olub.

Bəzi mənbələr gərginliyin artmasında İsrail rejiminin təxribatçı rolunu da vurğulayaraq, Tel-Əvivin druz qruplaşmalarına dəstəyinin onlarla Suriya hakimiyyətinə bağlı qüvvələr arasında birbaşa toqquşmalara səbəb olduğunu bildirirlər.