Suriyanın cənubundakı qarşıdurmalarda ölənlərin sayı 203-ə çatıb
Suriyanın cənubundakı Suveyda vilayətində baş verən qarşıdurmalar nəticəsində ölənlərin sayı 203-ə çatıb.
Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, Suriyanın cənubunda qarşıdurmalar bazar günü səhər saatlarında başlayıb.
Öldürülənlərdən 71-i, o cümlədən dörd uşaq və iki qadın Suveyda vilayətinin sakinləri, 111-i isə Suriyanın müvəqqəti hökumətinin Müdafiə Nazirliyinin qüvvələridir.
Bu müddət ərzində üçü qadın olmaqla 21 mülki şəxs Suriyanın müvəqqəti hökumətinin qüvvələri tərəfindən sahə edamı edilib.
Həma və Homs vilayətlərindən hərbçi qüvvələrin və logistika texnikalarının Suveyda vilayətinə göndərilməsi davam edir. Suveyda şəhərinin bəzi məhəllələrinin Suriyanın müvəqqəti hökumətinin qüvvələri tərəfindən mühasirəyə alınması ilə bağlı xəbərlər dərc edilib.
Çərşənbə günü səhər Suveyda şəhərinin bəzi məhəllələri müvəqqəti hökumət qüvvələri və onların müttəfiq qəbilələri tərəfindən raket və minaatanlarla hədəfə alınıb.
Suriya İnsan Hüquqları Müşahidə Qrupu öz hesabatında Suveyda vilayətində bini məkanlara və vətəndaşlara hörmətsizlik olunması, evlərə basqınlardan mülki şəxslərin təhqir olunmasından xəbər veriblər.
Yerli qüvvələr son bir neçə saat ərzindəki döyüşlərdə xəstəxana və Suveyda şəhərinin valilik binasına nəzarəti ələ keçirib.
Suriya İnsan Hüquqları Müşahidə Qrupunun məlumatına görə, Suriyanın müvəqqəti hökumətinin Müdafiə Nazirliyinə bağlı qüvvələrin vətəndaşların evlərinə məqsədyönümlü hücumları, onların təhqir olunması, evlərindəki əşyaların oğurlanması və evlərin yandırılması, bu qüvvələrin Suriya sahillərində Ələvilərin məskunlaşdığı ərazilərə etdiyi hücumları xatırladır.