Daha 11 fələstinli şəhid oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420902-daha_11_fələstinli_şəhid_oldu
Sionist rejimin Qəzzədə cinayətlərinin davam etməsi daha 11 fələstinlinin şəhid olması ilə nəticələnib.
(last modified 2025-07-16T07:02:52+00:00 )
İyul 16, 2025 11:01 Asia/Baku
  • Daha 11 fələstinli şəhid oldu

Sionist rejimin Qəzzədə cinayətlərinin davam etməsi daha 11 fələstinlinin şəhid olması ilə nəticələnib.

SƏMA xəbər agentliyinin məlumatına görə, sionist rejimin qırıcıları son bir neçə saat ərzində Qəzzə zolağının müxtəlif bölgələrini bombalayıblar.

Qəzzə zolağının mərkəzindəki Nuseyrat düşərgəsinə hava hücumu nəticəsində 3-ü uşaq olmaqla 4 mülki şəxs şəhid olub, çoxlu sayda insan isə yaralanıb.

Həmçinin, sionist rejimin Qəzzənin cənubundakı Xan Yunis şəhərində qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində daha dörd mülki fələstinli şəhid olub.

Qəzzə şəhərinin Əl-Səbrə və Əl-Zeytun məhəllələri çərşənbə günü bir neçə dəfə bombalanan digər ərazilər olub.

Sionist rejim hərbçiləri Əl-Zeytun məhəlləsində bir sıra yaşayış binalarını bombalayıblar.