Sionist rejimin Suriyaya qarşı geniş hücumları kəskin tərzdə pislənib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sionist rejimin Suriyanın müxtəlif bölgələrinə, xüsusən də Dəməşqə qarşı genişmiqyaslı hərbi hücumlarını kəskin tərzdə pisləyib.
Sionist rejimin Suriya əleyhinə hava basqınlarının şiddətlənməsi, həmçinin bu ölkənin böyük bir hissəsini işğal etməsinin davam etməsilə bir zamanda, adıçəkilən rejimin ictimai, habelə, dövlət məkan və təsisatlarını hədəfə almasına işarə edən İsmayıl Bəqayi vurğulayıb: Bu gün hamıya aydın olubdur ki, sionist rejim region sülhü və sabitliyi üçün ən böyük təhlükədir. Bu rejim Amerikanın və bəzi digər Qərb ölkələrinin, xüsusilə, Almaniya, İngiltərə və Fransanın siyasi və silah himayələrindən bəhrələnməklə beynəlxalq sülh və təhlükəsizliyi görünməmiş tərzdə təhdidə məruz qoyub.
Son iki ildə regionda baş verən olaylara toxunan Bəqayi qeyd edibdir ki: Hazırda Suriyada baş verənlər/ sionist rejimin hegemonçuluğu, militarizmi və soyqırımı qarşısında ifrat dərəcədə hərəkətsizliyin və sükutun nəticəsidir. Qeyd olunan halların ziyan və mənfi təsirləri Suriyanın əzab çəkmiş xalqı ilə məhdudlaşmayıb, bütün regionu öz təsiri altına alır.
Bütün region ölkələrinin sülh və sabitliyin qorunması sahəsindəki birgə məsuliyyətini xatırladan İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qəsbkar İsrail rejiminin ətraf bölgədəki təhlükəli militarizmi və ekspansiyasının durdurulması üçün İslam Əməkdaşlığı Təşkilatı və BMT tərəfindən təcili və təsirli addımların atılmasını istəyib