İyul 17, 2025 10:57 Asia/Baku
  • Qəzzə əhalisinə qarşı soyqırım ABŞ və sionist rejimin birgə məqsədidir

Yəmən Ənsarullah hərəkatının rəhbəri deyibdir ki, sionist rejimin Qəzzə əhalisinə qarşı cinayətləri Amerikanın hərbi-siyasi himayələri və ərəb ölkələrinin pulları ilə həyata keçirilir.

Region və Qəzzə zolağındakı son olaylar barədə danışan Seyid Əbdülməlik Bədrəddin-Əlhusi vurğulayıb: Düşmən Fələstin xalqına qarşı soyqırımı davam etdirir və öz cinayət işini genişləndirməyə çalışır. Sionist düşmən Qəzzədəki bütün şəhər və bölgələri dağıtmağı davam etdirir.

O, əlavə edib: Qəzzə zolağında Fələstin xalqına qarşı soyqırım sionist düşmənin aydın hədəfidir. Bu rejimin cinayətkarcasına rəftarı gündəlik şəkildə bu gerçəkliyi sübut edir. Qəzzə əhalisinə qarşı soyqırım ABŞ və sionist rejimin birgə məqsədidir və onların cinayətkarcasına rəftarları bütün Qəzzə cəmiyyətini əhatə edir.

O, əlavə edib: Sionist düşmən bəzi ailələri tam şəkildə məhv edib. Qəzzədə doğum miqdarı öncəki illə müqayisədə 41 faiz azalıb. Qəzzə zolağı sakinlərinin sayı bütövlükdə, on faizlik azalmaya malik olub. Bu məsələ çox təhlükəlidir və İsrail rejiminin cinayətlərinin həcmini göstərir.

Seyid Əbdülməlik Əlhusi vurğulayıb: Sionist düşmən geniş şəkildə Amerika bombalarından istifadə edir. Qəzzə zolağına güllələrdən daha çox bombalar atılır. Amerika bu bombaları sionist rejimə təqdim edir. ABŞ bombalar və digər sursatlarla sionist rejimi geniş şəkildə himayə edir. Fələstin xalqını gündəlik şəkildə bombalamaq üçün onlardan istifadə, maliyyə dəstəklərinə söykənir. Təəssüflər olsun ki, ərəb ölkələrinin əmlakları bu bombalar üçün ən mühüm maliyyə mənbəyidirlər. İnvestisiya adı altında Amerikaya trilyonlarla dollar göndərilir.

Əlhusi əlavə edib: Ərəb ölkələrinin əmlakları Fələstin xalqının qanını axıtmaq və qətl törətmək üçün ən əsas ortaq və ən mühüm mənbədir. Qəzzədə Fələstin xalqına təcavüz İsrail təcavüzündən daha çox, bir amerikan təcavüzdür və İsrailin rolu, təkcə cinayətləri icra etməkdir.