İyul 19, 2025 12:44 Asia/Baku
  • Suriyanın cənubunda indiyədək 718 nəfər həlak olub

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, Suriyanın cənubundakı Suveyda vilayətində davam edən qarşıdurmalarda ölənlərin sayı 718 nəfərə çatıb.

Bu elə bir haldadır ki, müvəqqəti hökumətin Səhiyyə Nazirliyi Suveyda vilayalətində ölənlərin sayının 260 nəfər olduğunu bildirmişdi. 

Nazirliyinin məlumatına görə, bu müddət ərzində iğtişaşlar zamanı 1 698 nəfər də xəsarət alıb.

Həmçinin, Əl-Məyadin kanalı Suriya Ali Fətva Şurası bildirib ki, İslam dininin əsas prinsiplərindən biri xəyanətin və xain, işğalçı sionist düşməndən kömək istəməyin və haram olmasıdır. İsrailin düşmənçiliyi daimi və qəti bir məsələdir. 

Suriya Ali Fətva Şurası əlavə edib: "Məzhəbindən və etnik mənsubiyyətindən asılı olmayaraq, uşaq və qadınların öldürülməsi, dinc əhaliyə və zəiflərə qarşı təcavüz və onları evlərindən didərgin salmaq haramdır". 

Suriyanın bu dini orqanı əlavə edib: "Düşməndən dəstək istəyənlərlə, ortaqlarımız, cəmiyyətimizin üzvləri arasında fərq qoyulması zəruridir, necə ki, istənilən suriyalıya hücum haramdır". 

Suriya Ali Fətva Şurası davamında qeyd edib ki, dövlətin qanuni vəzifəsi ayrı-seçkilik etmədən bütün vətəndaşları qorumaq, təhlükəsizliyi təmin etmək, fitnələrin qarşısını almaq, təcavüzkarların qarşısını almaq, məzhəbindən asılı olmayaraq əziyyət çəkənlərə və köçkünlərə yardım göstərməkdir.