Sionist zabit Qəzzədə evlərin sökülməsinə dair missiyalarından danışıb
Qəzzə zolağında xidmət etmiş sionist zabit ifşa edib ki, Qəzzədəki sionist hərbçilərin hazırda missiyaları müqavimətə qarşı hərbi əməliyyat deyil, yalnız buldozerlərin söküntü işləri üçün şərait yaratmaqdır".
Bu barədə sionist rejimin "Haaretz" qəzeti məlumat yayıb.
"Haaretz" Amos Hareldən sitat gətirərək: "Əsgərlərin ailələri Qəzzədə həqiqətən nə baş verdiyini başa düşməlidirlər. Qüvvələrin orada hərbi əməliyyatlar adı altında həyata keçirilən və döyüş əməliyyatı kimi təqdim edilən əsas və demək olar ki, yeganə missiyası kütləvi ev söküntüləri üçün şərait yaratmaqdır".
Ehtiyatda olan zabit izah edib ki, hərbçilərin əməliyyatları hərbi xarakter daşımır və müqavimətin fəaliyyət göstərdiyi bazalara hücuma fokuslanmayıb. Orada baş verənlər, sadəcə olaraq, əvvəlcədən hazırlanmış əməliyyat planı və göstəriciləri əsasında həyata keçirilən geniş yayılmış dağıntıdır.
O, həmçinin çoxları mülki şəxslər olan podratçıların dağıdılan binaların sayına görə maaş aldığını açıqlayıb ki, bu da hər hansı aşkar hərbi zərurət olmadan, evlərin və infrastrukturların davamlı və sistematik məhv edilməsinin gizli məqsədləri ilə bağlı suallar doğurur.