İordan çayının qərb sahilində ümumi tətil çağırışı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420927-İordan_çayının_qərb_sahilində_ümumi_tətil_çağırışı
İordan çayının mərkəzi hissəsində müxtəlif qruplar Qəzzəyə dəstək məqsədilə ümumi tətil aksiyası keçirməyə çağırıblar.
(last modified 2025-07-20T10:18:14+00:00 )
İyul 20, 2025 14:17 Asia/Baku
  • İordan çayının qərb sahilində ümumi tətil çağırışı

İordan çayının mərkəzi hissəsində müxtəlif qruplar Qəzzəyə dəstək məqsədilə ümumi tətil aksiyası keçirməyə çağırıblar.

İordan çayının yerli sakinləri Qəzzəyə dəstək və sionist rejimin sistematik müharibə cinayətlərini, xüsusən də aclıqdan dinc əhaliyə qarşı silah kimi istifadə etməsini pisləmək üçün tətil aksiyasına başlayacaqlar. 

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS da bir bəyanatda bu təşəbbüsü dəstəkləyərək, ərəb və İslam xalqlarını bazar gününü və qarşıdakı günləri İsrailin işğalçılıq siyasətlərinə qarşı “Qəzəb günü” kimi qeyd etməyə çağırıb.