İyul 21, 2025 10:59 Asia/Baku

İsrail rejimi hərbçilərinin Zikim bölgəsindəki yardım növbəsinə hücumu zamanı onlarla fələstinli qanına qəltan edilib və ailələri kiçik un torbası almaq əvəzinə, qanlı cəsədlər təhvil alıblar.

Yalnız bir az un almaq üçün gələn fələstinli uşaq- İbrahim, atasının qoynunda şəhid oldu. Ata, ardıcıl sionist güllələrinin atəşi altında yaşlı gözlərilə övladının cansız cəsədini qucağında tutub. Ətrafında, sinələri ilə sürünərək sığınan ac həmvətənləri öz titrək səslərilə onu sakit etməyə çalışırlar: Onun üçün dua et… Ac İbrahim, şəhid oldu.

Bu, sionistlərin Qəzzənin şimalında yerləşən Zikim bölgəsindəki cinayətlərindən bugünkü canlı hekayətdir.

Sionist rejimin ac fələstinli didərginlərə qarşı cinayətlərinin davamında bu gün sionist hərbçilər fələstinlilərin Zikim bölgəsindəki toplusuna hücum etdilər. Bu məkanda yüzlərlə nəfər yalnız öz ailəsinə azacıq un almaq üçün növbəyə durmuşdu.

Qəzzə səhiyyə nazirliyi bildiribdir ki, bu hücumda azı 18 nəfər şəhid olub, onlarla nəfər də yaralanıbdır.

Fələstin medialarında yayılan görüntülərdə bu cinayətdən şok səhnələr qeydə alınıb.