Qəsbkar ordu ilk dəfə qüvvələrinin kəskin tərzdə azaldığını etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420935-qəsbkar_ordu_ilk_dəfə_qüvvələrinin_kəskin_tərzdə_azaldığını_etiraf_edib
Sionist Məariv qəzeti xəbər verib ki, işğalçı ordu hazırda quru qüvvələri bölmələrinin komandir vəzifələrində təqribən üç yüz zabit çatışmazlığından əziyyət çəkir.
(last modified 2025-07-21T03:41:01+00:00 )
İyul 21, 2025 07:34 Asia/Baku
  • Qəsbkar ordu ilk dəfə qüvvələrinin kəskin tərzdə azaldığını etiraf edib

Sionist Məariv qəzeti xəbər verib ki, işğalçı ordu hazırda quru qüvvələri bölmələrinin komandir vəzifələrində təqribən üç yüz zabit çatışmazlığından əziyyət çəkir.

Məariv yazıb: İsrail ordusu hal-hazırda quru döyüş sistemində üç yüz zabit çatışmazlığından əziyyət çəkir.

Qəzetin qeyd etdiyinə görə, zabit çatışmazlığı texniki bölmədə təmərküzləşib. Kəskin bölmə komandiri çatışmazlığından piyada bölmələri və texniki bölmələr əziyyət çəkirlər.

Qəzet əlavə edib: Ordu etiraf edir ki, şəraitə uyğun əsgərləri zabitlik kursunda qeydiyyata alınmağa qane etmək çətindir. Belə ki, bu ordu ötən bir neçə ay ərzində bölük komandiri kursunu keçməyən və adi və ehtiyat bölmələrindən olan zabitləri komandir vəzifələrinə təyin etməyə məcbur olub.

Belə bir halda, Məariv qəzeti qəsbkar ordu sözçüsünün ofisinə istinadla yazıbdır ki, batalyonlarda və adi bölmələrdə bölmə komandirləri arasında heç bir uçurum yoxdur.