İyul 21, 2025 11:11 Asia/Baku
  • Köhnə yemək Netanyahunu 3 gün xanənişin etdi

Sionist rejimin baş nazir ofisi bildirib ki, Benyamin Netanyahu köhnəlmiş yemək yediyinə görə, tibbi yardıma ehtiyac duyub. O, üç gün evdə qalmalıdır.

Sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi qeyd edib ki, o, dünən gecə öz evində müayinə olunub.

Verilən məlumata görə, «Hadassah Eyn Kerem xəstəxanası»nın daxili xəstəliklər şöbəsinin müdiri Alon Herşko-nun müayinələrdən sonra qoyduğu diaqnoza əsasən, Netanyahu korlanmış yemək istehlak etməkdən irəli gələn bağırsaq iltihabına mübtəla olub.

Məlumatda qeyd olunur ki, daha artıq analizlər həyata keçirildikdən sonra Netanyahunun cismani durumu «məqbul» hesab edilib. Hal-hazırda sözügedən xəstəlikdən yaranan bədəndə su çatışmazlığına görə, Netanyahu venadaxili mayelərlə müalicə olunur.

Həkimlərin göstərişlərinə əsasən, Netanyahu qarşıdakı üç gün ərzində evdən çıxmayacaq. O, dövlət işlərini evdən təqib etməlidir.