Yəmən qəsb olunmuş Fələstində beş hədəfə PUA hücumu edib
Yəmən silahlı qüvvələrinin sözçüsü qəsb olunmuş Fələstində beş hərbi və həyati obyektə PUA hücumu edildiyini bildirib.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Sərii yaydığı bəyanatda qeyd edib ki, Yəmənin PUA qüvvələri keçirdikləri xüsusi hərbi əməliyyatda işğal olunmuş Fələstində beş hərbi və həyati obyektə hücum ediblər.
Sərii deyib ki, bu əməliyyatda Ben Qurion hava limanı, işğal edilmiş Yafadakı digər hərbi obyekt, Ummulrəşraş limanı, Ramun aeroportu və Aşdud bölgəsində yerləşən həyati obyekt hədəfə alınıb.
O, qeyd edib ki, əməliyyat beş PUA ilə həyata keçirilib və hədəflər uğurla vurulub.
Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb ki, sözügedən əməliyyat məzlum Fələstin xalqına kömək məqsədilə, həmçinin Yəmənin Əlhudəydə limanına qarşı son hücuma və Qəzzədəki qırğın cinayətinə cavab olaraq keçirilib.
Yəmənin ötən aylarda vəhşicəsinə hücumlarla mübarizəsi və bu hücumlar qarşısında müqavimətdəki uğurlarına işarə edən Yəhya Sərii bildiribdir ki, Yəmən gələcəkdə ediləcək hər hansı düşmənçilik hərəkətlərilə mübarizəyə hazırdır.
Məzlum Fələstin xalqına dəstəyin davam etməsinə təkid edən Sərii deyibdir ki, Yəmənin əməliyyatları Qəzzəyə qarşı hücumların dayanacağı və ona qarşı blokadanın aradan qaldırılacağı zamanadək davam edəcək.