Qəzzə şəhidlərinin sayı 59 min nəfəri keçib
Fələstin səhiyyə nazirliyi sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında şəhid olanların sayının artmasından xəbər verib.
Bildirib ki, hücumların 2023-cü ilin yeddi oktyabrından başlandığı zamandan bəri 59 mindən çox fələstinli şəhid olub.
Qəzzə zolağında yerləşən Fələstin səhiyyə nazirliyi özünün ən yeni statistikasında qeyd edibdir ki: Ötən sutka ərzində sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında daha 134 fələstinli şəhid olub, 1155 nəfər isə yaralanıbdır.
Fələstin səhiyyə nazirliyi həmçinin bu gün səhərdən humanitar yardımlar almağa səy göstərilərkən 99 fələstinlinin şəhid olduğu, 650 nəfərin isə yaralandığını bildirib.
Nazirliyin bəyanatının davamında qeyd olunur ki, humanitar yardımlar almaq istəyərkən şəhid olanların sayı indiyədək 1021, yaralıların miqdarı isə 6511 nəfərə çatıb.