İyul 23, 2025 16:44 Asia/Baku
  • Qəzzənin paralel dünyasında, acların payı güllə olur

ABŞ-ın Washington Post qəzeti yazıb: "İşğalçı rejimin hərbçiləri tərəfindən Qəzzə xalqının ərzaq yardımı növbəsində qırğın edilməsinin şiddətlənməsi fonunda sionist rejimin ərzaq paylamada sərriştəsizliyi və mülki insanları öldürməkdə həyasızlığı bu əzab və zorakılığa son qoymaq üçün müharibənin dayandırılmasının zəruri olduğunu daha da aydınlaşdırdı.

Washington Post qəzeti Qəzzədə insan əzabını şərh edərək, yazır: "Qəzzədə son bir neçə gündə ərzaq yardımı üçün növbədə gözləyən fələstinli mülki vətəndaşların öldürülməsi bu müharibənin niyə dayandırılmalı olduğunu amansızca xatırladır". 

ABŞ mediası yazıb: "İsrail əsgərləri keçən şənbə günü İsrailin dəstəklədiyi podratçılardan yemək istəyən bir qrup fələstinlini güllələyiblər. Onlar təxminən 32 nəfəri öldürübülər. Bazar günü isə İsrail əsgərlərinin atəş açması nəticəsində 93 fələstinlinin öldürüldüyü bildirildi. Onlar BMT-nin ərzaq karvanından yemək almaq üçün gözləyən dinc əhaliyə atəş açıblar.

Qəzet davamında əlavə edib: "Qəzzə müharibəsindən təxminən iki il keçdikdən sonra şəhər zorakılıq və talan zonasına çevrilib, Ac insanlar ərzaq paylama mərkəzlərinə hücum edirlər və burada İsrail əsgərləri izdihamı idarə edə bilmirlər. Yaşamaq uğrunda mübarizə Uilyam Qoldinqin “Milçəklərin ağası” əsərini xatırladır ki, bu da bizi özümüzə “Mən olsaydım ne olardı?” sualını verməyə vadar edir.