Ənsarullah "İsrail"i tükəndirici müharibəyə çəkib
Sionist rejim Yəmən Silahlı Qüvvələrinin bir neçə gün əvvəl yeni raketlə həyata keçirdiyi sarsıdıcı hücumuna cavab olaraq, Sənada mülki mərkəzləri hədəfə aldı ki, bu, analitiklər və müşahidəçilərin fikrincə, xüsusilə də Ənsarullahın “İsrail" tükəndirici müharibəyə çəkməyə müvəffəq olduğu bir şəraitdə səmərəsiz addımdır.
Əlcəzirə bir mətləbdə sionist rejimin Yəmənə qarşı vəhşi hücumlarına toxunaraq, yazıb: "Ənsarullahın parçalana bilən partlayıcı başlıqla təchiz edilmiş raketdən istifadə edərək "İsrail"ə bənzərsiz hücumundan iki gün sonra bu rejim Sənada mülki mərkəzləri hədəfə alıb və Yəmən yenidən hadisələrin mərkəzinə çevrilib.
Yəmənin Ənsarullah Hərəkatının İnformasiya Təşkilatının sədr müavini Nəsrəddin Amir İsrailin hücumlarını təsirsiz hesab edərək, bildirib ki, təhlükəsizlik və kəşfiyyat sızıntısı ilə bağlı söhbətlər gülünvdür və və məşhur prezident sarayının bombalanması kəşfiyyat əməliyyatı tələb etmir.