Qəzzə Hökumətinin Media Ofisi:
Jurnalistlərin hədəfə alınması bəşəriyyətə qarşı cinayətdir
Qəzzə Hökumətinin Media Ofisi çərşənbə axşamı bir bəyanatda, sionist rejim ordusunun qəsdən ikinci dəfə xilasetmə qruplarını, jurnalistləri və humanitar xidmət göstərənləri hədəfə aldığını və bu hücumların beynəlxalq hüququn pozulması və insanlığa qarşı cinayətlərin bariz nümunəsi olduğunu bildirib.
Qəzzə Hökumətinin Media Ofisi bu bəyanatda bildirib ki, İsrail rejiminin jurnalistlərə, xilasedici qruplara, həkimlərə, tibb mərkəzlərinə qəsdən və təkrar hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması və insanlığa qarşı cinayətdir.
Hökumət ofisi vurğulayıb ki, İsrailin iki mərhələli hücumları yəni bir məkanı hədəfə aldıqdan sonra oradakı jurnalistləri və yardım qruplarını təkrar hədəfə alması mümkün qədər daha çox itkiyə səbəb olmaq məqsədi daşıyan cinayət taktikadır.
Sionist rejimin Xan Yunisdəki Nasir Tibb Kompleksinə son hava hücumunda 5-i jurnalist olmaqla 20 nəfər həlak olub. Həmçinin, Əl-Şifa Tibb Kompleksinin qarşısında jurnalistlərin çadırına edilən növbəti hücumda da 6 jurnalist həlak olub.
2023-cü il 7 oktyabr tarixindən Qəzzədə müharibə başlayandan bəri əksəriyyəti qadın və uşaq olmaqla minlərlə insan həlak olub və ya yaralanıb. İsrail rejimi beynəlxalq qətnamələrə və beynəlxalq məhkəmələrin qərarlarına məhəl qoymayaraq, Qəzzə zolağının sakinlərinə qarşı cinayətlərini davam etdirir.