İsrailli nazir Ərdoğanı təhdid etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i421400-İsrailli_nazir_Ərdoğanı_təhdid_etdi
Cinayətkar İsrailin ultra-ifratçı naziri Türkiyə rəsmilərini təhdid edib.
(last modified 2025-08-30T03:12:04+00:00 )
Avq 29, 2025 16:07 Asia/Baku
  • İsrailli nazir Ərdoğanı təhdid etdi

Cinayətkar İsrailin ultra-ifratçı naziri Türkiyə rəsmilərini təhdid edib.

Bu məlumata əsasən, işğalçı İsrail rejiminin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Türkiyənin qaniçən rejimlə iqtisadi əlaqələri kəsmək və hava məkanını İsrail təyyarələri üçün bağlamaq qərarına cavab verib.

Ben-Qvir özünün X hesabında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Tehranda İsrail tərəfindən şəhid edilən HƏMAS-ın keçmiş siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə ilə əl sıxışan şəklini yerləşdirib. Ben-Qvir yazıb: “Türkiyə = HƏMAS”.

Xatırladaq ki, Türkiyə sionist İsraili Qəzzə zolağında soyqırım törətməkdə ittiham edir.