İşğal altındakı Yaffada bir neçə həssas hədəfə qarşı əməliyyat keçirdik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i421569-İşğal_altındakı_yaffada_bir_neçə_həssas_hədəfə_qarşı_əməliyyat_keçirdik
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, bu ölkənin silahlı qüvvələri bu gün səhər çoxsaylı döyüş başlığı olan Fələstin 2 hipersəs ballistik raketindən istifadə edərək, işğal altındakı Yaffa bölgəsində bir neçə həssas hədəfə qarşı hərbi əməliyyat həyata keçiriblər.
(last modified 2025-09-13T11:40:13+00:00 )
Sen 13, 2025 15:38 Asia/Baku
  • İşğal altındakı Yaffada bir neçə həssas hədəfə qarşı əməliyyat keçirdik

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, bu ölkənin silahlı qüvvələri bu gün səhər çoxsaylı döyüş başlığı olan Fələstin 2 hipersəs ballistik raketindən istifadə edərək, işğal altındakı Yaffa bölgəsində bir neçə həssas hədəfə qarşı hərbi əməliyyat həyata keçiriblər.

Yəmən Silahlı Qüvvələrinin bəyanatında deyilir: "Bu əməliyyat Allaha şükür məqsədlərinə uğurla çatıb və milyonlarla qəsbkar sionistin sığınacaqlara qaçmasına səbəb olub. 

Yəmən Silahlı qüvvələri bildiriblər ki, Yəmən xalqı sionist rejimin vəhşi təcavüzünə baxmayaraq, aclıqdan əziyyət çəkən məzlum fələstinli qardaşları qarşısında prinsipial mövqeyini davam etdirməkdən çəkindirməyəcək.

Yəhya Səri vurğulayıb ki, sionist rejimin Yəmən xalqına qarşı cinayətkar təcavüzü təkcə onların Allah və məzlumlar yolunda müqavimətini və əzmkarlığını daha da artıracaq.