UNRWA-nın sədri:
Qəzzədə təhlükəsiz yer yoxdur
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi UNRWA-nın sədri Filip Lazzarini Qəzzədə heç bir yerin təhlükəsiz olmadığını və hava hücumlarının şiddətlə davam etdiyini bildirərək, qeyd edib ki, getdikcə daha çox insan evini tərk etmək və naməlumluğa doğru getmək məcburiyyətində qalır".
Əl-Cəzirənin məlumatına görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin sədri Filip Lazzarini deyib: "Təkcə son dörd gündə Qəzzə şəhərində UNRWA-nın 10 binası sionist rejimin hava hücumuna məruz qalıb. Bura minlərlə məcburi köçkün üçün sığınacaq kimi xidmət edən yeddi məktəb və iki klinika daxildir".
Lazzarini daha əvvəl verdiyi açıqlamada əvvəl ifşa etmişdi ki, Qəzzədə ən azı 2000 çarəsiz və aclıqdan əziyyət çəkən insan ərzaq yardımı almaq istəyərkən hədəfə alınıb və şəhid edilib.
O, xəbərdarlıq edib ki, Qəzzədə aclıq probleminin həlli yalnız ehtiyacı olanlara təhlükəsiz, davamlı və geniş şəkildə çıxış imkanı olduqda mümkündür.
Lazzarini qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı, o cümlədən UNRWA və onun tərəfdaşları lazımi resurslara və təcrübəyə malikdir və onların Qəzzədə fəaliyyətlərini maneəsiz davam etdirmələrinə icazə verilməlidir.
BMT və Qırmızı Xaç Komitəsi kimi yardım təşkilatlarının məlumatlarına görə, İsrail rejimi yardımların Qəzzəyə girişinə mane olmaqla yanaşı, bir çox hallarda aclıqdan əziyyət çəkən mülki insanları qəsdən hərbi nəzarət altında olan ərazilərə çəkir və sonra onları hədəfə alır.