Yəmən işğal altındakı Fələstinin cənubuna PUA hücumu edib
Yəmən silahlı qüvvələrinin sözçüsü bir bəyanatda işğal altındakı Fələstin ərazilərinin cənubunda iki hədəfə pilotsuz təyyarə hücumu təşkil etdiklərini bildirib.
Briqada generalı Yəhya Səri deyib: "Yəmən silahlı qüvvələrinin PUA bölməsi 4 pilotsuz uçan aparatdan istifadə edərək, Fələstinin cənubunda iki hədəfə qarşı əməliyyat həyata keçirib".
O, əlavə edib: Bu pilotsuz təyyarələrdən üçü Ümm əl-Rəşraş bölgəsindəki Ramon hava limanını, biri isə Neqev bölgəsində hərbi obyekti hədəfə alaraq, darmadağın edib.
Səri əməliyyatın uğurlu olduğunu və məqsədlərinə çatdığını vurğulayıb.
Yəmən silahlı qüvvələrinin sözçüsü qeyd edib ki, bu əməliyyat məzlum Fələstin xalqı və onların əziz mücahidlərinə yardım çərçivəsində və sionist rejimin Qəzzə zolağı sakinlərinin soyqırım və aclıq cinayətlərinə, eləcə də Yəmənə qarşı təcavüzünə cavab olaraq, həyata keçirilib.