Hizbullah: Müqavimətin silahları qırmızı xəttdir
Livan Hizbullahının baş katibinin siyasi köməkçisi Hüseyn əl-Xəlil deyib: "Müqavimətin silahı məsələsi ilə bağlı təklif olunanlar xarici diktələr çərçivəsindədir və bu diktələrin 99 faizi “silah inhisarçılığı” başlığı altında tərtib olunub".
Hüseyn əl-Xəlil qeyd edib ki, bu məsələ inauqurasiya nitqinin müddəalarına və nazirliyin bəyanatına ziddir və Livan xalqın dolanışığı, yenidənqurma işləri və Livan ordusunun maliyyələşdirilməsi ilə bağlı açıq-aşkar xarici şantaja məruz qalıb.
Hüseyn əl-Xəlil izah edib ki, hazırda Livanın ən çox əziyyət çəkdiyi məsələ budur ki, bəzi əsas rəsmilər tam xarici qəyyumluq altındadırlar.
O, əlavə edib: "1990-cı ildən bəri ardıcıl hökumətlər Taif razılaşmasını həyata keçiriblər, lakin bu gün bəzi tərəflər Taif müqaviləsini öz maraqlarına uyğun şərh etməklə yanaşı, eyni zamanda onu pozurlar".
Əl-Xəlil xəbərdarlıq edib ki, müqaviməti tərksilah etmək qərarı, ABŞ və İsrailin maraqlarına xidmət edəcək ciddi səhvdir.