Əl-Qəssamın sionistlərə yeni mesajı:
Əsirlərinizlə vidalaşın
Sen 21, 2025 15:02 Asia/Baku
HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları Qəzzədə sazlanılan sionist əsirlərin görüntülərini yayımlayıb və sionistlərə xitabən vurğulayıb: "Qəzzəyə hücumla məhbuslarınızla vidalaşmalısınız".
Əl-Qəssam Briqadaları Qəzzədə saxlanılan sionist əsirlərin fotolarını dərc edib.
Əl-Qəssam məhbusların vida görüntülərini yayımladıqdan sonra xəbərdarlıq edib ki, Benyamin Netanyahunun atəşkəsi qəbul etməkdə gecikməsi və inadkarlığı- Qəzzəyə hücum qərarı və sionist rejim ordusunun baş qərargah rəisi Eyal Zamirin təslim olması bu məhbusları ölümlə üz-üzə qoyacaq.
Medianın məlumatına görə, Eyal Zamir əvvəlcə Netanyahunun Qəzzəyə hücum planına qarşı çıxıb, lakin sonradan kabinetin təzyiqi ilə hücuma razılaşıb.