Qəzzədə daha 38 fələstinli şəhid olub
Şəhidlərin ümumi sayı 65 382-ə çatıb
Sionist rejimin Qəzzəyə təcavüzünün davam etməsi nəticəsində Zolaqda şəhidlərin ümumi sayı 65 min 382 nəfərə çatıb.
"ŞAHAB" xəbər agentliyinin məlumatına görə, sionist rejim qüvvələri son 24 saat ərzində anklavda 38 fələstinlini şəhid ediblər. 190 nəfər isə yaralanıb.
Bu şəhidlərdən 3-ü humanitar yardım almağa çalışarkən hədəfə alınaraq, şəhid olub. 15-dən çox fələstinli də yardım paylama mərkəzlərində yaralanıb. Beləliklədə "Bir tikə çörək qurbanları" bölməsində şəhidlərin sayı 2 min 526-ya, yaralıların sayı isə 18 min 511 nəfərə çatıb.
2025-ci il martın 18-dən etibarən sionist rejim ordusu Qəzzə zolağına qarşı hücumlarını bərpa edib. O vaxtdan bəri 12 min 823 fələstinli şəhid olub, 54 min 944 fələstinli isə yaralanıb.
Beləliklə də İsrail rejiminin Qəzzə zolağında 2023-cü ilin oktyabrından bu yana apardığı soyqırım müharibəsi nəticəsində ən azı 65 min 382 fələstinli şəhid olub, yaralıların sayı isə 166 min 985 nəfərə çatıb.