Sen 27, 2025 17:27 Asia/Baku

Bu gün sentyabrın 27-i Livan Hizbullah Hərəkatının mərhum lideri, böyük mücahid şəhid Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümüdür.

Şəhid Seyid Həsən Nəsrullahın adı tarixə İslami Müqavimətin sərkərdəsi kimi düşüb. O, müqavimət dərsini kitabdan deyil, əməl meydanında mənalandırdı və regionda yeni müqavimət cərəyanının banisi oldu; bir cərəyan ki, güc balansını dəyişdi, sionist rejimin saxta hegemonluğunu darmadağın etdi və müsəlman xalqlarının qəlbində ümid ruhunu oyatdı.

Bu arada cinayətkar Tel-Əviv rejimi Nəsrullahı şəhid etməklə müqaviməti sarsıtmaq istədi. Lakin bu hadisə nəinki müqavimətin sonu olmadı, əksinə, yeni bir mərhələnin başlanğıcı oldu. Şəhadət sadəcə bir hadisə deyil, əbədiyaşar bir yol, canlı bir mesajdır. Əslində bu hadisə dünyaya açıq şəkildə bəyan etdi ki, müqavimət liderlərinin qətlə yetirilməsi, bu hərəkatı zəiflətmir, əksinə onu möhkəmləndirir.

Müqavimət Seyidinin şəhadətindən sonra Livanda keçirilən izdihamlı mərasimlər, milyonlarla insanın küçələrə axışması Seyid Həsənin qəlblərdəki böyük yerini bir daha sübut etdi, xalqla rəhbərin birliyi bütün dünyaya nümayiş etdirildi.

Onun ardıcılları, gənclər və yeni nəsillər bu mesajı dərindən qavradı ki, Müqavimət düşmənə qarşı yalnız güllə ilə deyil, həm də ruh və iman gücü ilə qalib gəlir.

Beləliklə də bu gün Seyid Həsənin adı müqavimətin canlı simvoluna çevrilib.

Şəhid Seyid Həsən Nəsrullahın qanı bir daha sübut etdi ki, müqavimət məktəbi yaşayır və hərəkətdədir və bütün dünyaya bu aydın mesajı çatdırdı: müqavimət müvəqqəti taktika deyil, İslam ümməti üçün ilahi bir yoldur.

Hazırda onun şəhadətinin ildönümündə vurğulamaq lazımdır ki: Seyid Həsən Nəsrullah getsə də, yolu əbədidir və yaratdığı böyük sərvət hələ də İslam ümmətinin qəlbində axır.