İşğalçı sionist hərbçilərin Suriyanın torpaqlarına təcavüzü davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i421732-İşğalçı_sionist_hərbçilərin_suriyanın_torpaqlarına_təcavüzü_davam_edir
Xəbər mənbələri bildiriblər ki, sionist rejim hərbçiləri Suriyanın Quneytərə vilayətinin bəzi bölgələrinə daxil olublar.
(last modified 2025-09-27T10:06:43+00:00 )
Sen 27, 2025 14:02 Asia/Baku
  • İşğalçı sionist hərbçilərin Suriyanın torpaqlarına təcavüzü davam edir

Xəbər mənbələri bildiriblər ki, sionist rejim hərbçiləri Suriyanın Quneytərə vilayətinin bəzi bölgələrinə daxil olublar.

Suriya mediasının məlumatına görə, sionist rejimin bir qrup hərbçisi dörd avtomobillə birlikdə Quneytərə vilayətinin şərqində yerləşən Ümm Batinə və Cəba qəsəbələrinə daxil olub.

İşğalçı hərbçilərin başqa bir qrupu isə Birqə və Beer Əcəm kəndlərinə daxil olaraq, evlərdə axtarış aparıblar.

Cümə günü də sionist rejim hərbçisi bir ekskavator, iki tank və bir avtomobillə Quneytərənin cənub bölgələrinə daxil olmuşdu.

Sionist rejim ordusu Bəşşar Əsəd hökumətinin devrilməsindən sonra Suriyanın infrastruktur və hərbi mərkəzlərinə hücumlarını artırıb.