Okt 08, 2025 17:08 Asia/Baku

Fələstin İslami Cihad Hərəkatının siyasi bürosunun üzvü bildirib ki, hazırkı müqavimətin əsas prioriteti Qəzzədə müharibənin mülki insanların qətliamının dərhal və tam dayandırılmasıdır.

Fələstin İslami Cihad Hərəkatının siyasi bürosunun üzvü Əli Əbu Şahin verdiyi açıqlamada vurğulaıb ki, sionist rejimlə hər hansı bir razılaşma yalnız hücumların tam dayandırılması ilə əldə edilə bilər.

Bu açıqlama, HƏMAS və sionist rejim arasında Şərm əş-Şeyxdə baş tutacaq üçüncü dolayı danışıqlar ərəfəsində verilib.

Əli Əbu Şahin bildirib ki, dolayı danışıqlardakı əsas problem budur ki, sionist rejim əsirlərini heç bir şərt və müharibənin dayandırılmasına dair zəmanət olmadan azad etmək istəyir. Halbuki müqavimət, hücumların tam və hərtərəfli dayandırılmasını hər hansı bir razılaşma üçün əsas şərt hesab edir.

HƏMAS və sionist rejim arasında danışıqların üçüncü mərhələsi, Misirin vasitəçiliyi ilə Şərm əş-Şeyxdə keçirilir və məhbus mübadiləsi, Qəzzəyə təcavüzlərin təkrarlanmayacağına zəmanət, işğalçı qüvvələrin geri çəkilmə xətlərinin müəyyən edilməsi və Qəzzəyə humanitar yardımların çatdırılması məsələlərinə həsr olunub.

Danışıqların bu raundunda, Misir, Qətər və Türkiyə nümayəndələri və ABŞ-ın iki sabiq elçisi iştirak edir. Təşkilatçılar atəşkəs və əsir mübadiləsi üzrə təklif olunan planın həyata keçirilməsinə ümid edirlər, baxmayaraq ki, nikbinlik ehtiyatla ifadə olunur.