Həmas bütün sağ sionist əsirləri azad edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i421944-həmas_bütün_sağ_sionist_əsirləri_azad_edib
Misirin Şərmülşeyx şəhərində keçirilən Qəzzə müharibəsi üzrə atəşkəs müzakirələrində əldə olunan razılaşmaya əsasən, Həmas hərəkatı bu gün bütün sağ sionist əsirləri azad edib.
(last modified 2025-10-13T10:14:51+00:00 )
Okt 13, 2025 14:13 Asia/Baku
  • Həmas bütün sağ sionist əsirləri azad edib

Misirin Şərmülşeyx şəhərində keçirilən Qəzzə müharibəsi üzrə atəşkəs müzakirələrində əldə olunan razılaşmaya əsasən, Həmas hərəkatı bu gün bütün sağ sionist əsirləri azad edib.

Sionist rejimin on üçüncü informasiya kanalının məlumatına görə, Həmas hərəkatı Qəzzə müharibəsi üzrə atəşkəs müzakirələrinin birinci mərhələsinin razılaşmasına əsasən, iki mərhələdə bütün sağ sionist əsirləri azad edib.

Bu məlumata görə, müqavimət qüvvələri ilk mərhələdə, yeddi, ikinci mərhələdə isə on üç sionist əsiri Beynəlxalq Qızıl Xaç Təşkilatına təhvil veriblər.

Belə bir halda, Röyters, rəsmi bir mənbəyə istinadla iddia edibdir ki, sionist rejimlə əsirlər mübadiləsi çərçivəsində azad edilməli olan bütün min doqquz yüz altmış altı fələstinli məhbus bu gün sionist rejim zindanları daxilində avtobuslara minib. Onlar az sonra azad ediləcəklər.