BMT-nin xüsusi məruzəçisi:
Qəzzədə "sülh" sözünə aldanmayın
Okt 15, 2025 16:33 Asia/Baku
BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Françeska Albaneze bildirib ki, Qəzzədə iddia olunan “sülh” əslində fələstinlilərə qarşı ayrı-seçkilik və ört-basdır etmək üçün istifadə olunur.
Françeska Albaneze X sosial şəbəkəsində etdiyi paylaşımda, Qəzzədəki vəziyyəti təsvir etmək üçün sülh sözündən bir alət kimi istifadə edilməsi ilə bağlı xəbərdarlıq edib.
O deyib: "Qəzzədəki iddia olunan sülh əslində fələstinlilərə qarşı ayrı-seçkilik və zülmün örtüyüdür".
Albaneze vurğulayıb ki, bütün gözlər Fələstində olmalıdır və dünya xalqları fələstinlilərin əzablarına laqeyd qalmamalıdırlar.
O, Nelson Mandelanın sözlərini xatırladaraq yazıb: "Hamı azad olmayana qədər, heç kim azad deyil".