Okt 18, 2025 13:59 Asia/Baku
  • Silahımız qanunidir və yalnız işğalçılara qarşıdır

Fələstin İslam Müqavimət Hərəkatı HƏMAS liderlərindən Qazi Həməd bildirib ki, HƏMAS-ın əlindəki silah qanuni və milli bir silahdır və yalnız işğalçılara qarşı istifadə olunur.

Həməd əl-Məyadin telekanalına verdiyi müsahibədə bildirib ki, sionist rejim zorakılıq və vəhşiliklə təhdid edir və bu cür davranış işğalçılardan gözlənilməz deyil.

O, vurğulayıb ki, HƏMAS razılaşmalara sadiqdir, halbuki, sionist rejim onu hər gün pozur. 

Həməd, həmçinin, cəsədlər mübadiləsi məsələsinin mürəkkəb olduğunu və vaxt tələb etdiyini bildirərək, izah edib ki, Təl-Əviv rejimi Qəzzənin simasını dəyişdirməklə bu prosesi çətinləşdirib.

O əlavə edib ki, HƏMAS söz verdiyi kimi razılaşmaya əməl edəcək və cəsədləri geri qaytaracaq. Hazırda baş verənlər isə İsrail tərəfindən hərəkata təzyiq cəhdidir. Vasitəçilər bu məsələ barədə məlumatlıdırlar və HƏMAS-ın mövqeyini başa düşürlər.

HƏMAS rəsmisi sionist rejimin razılaşmaları pozduğunu qeyd edərək, deyib: “Biz razılaşmanın başlanmasından bəri təkrarlanan pozuntulara əlavə olaraq, işğalçıların atəşi nəticəsində 28 mülki vətəndaşın şəhadətini sənədləşdirmişik". 

O, həmçinin, işğalçı tankların Qəzzə zolağında sarı xəttin içərilərinə doğru irəliləməsindən xəbər verib.

Həməd HƏMAS-ın Tramp planına sadiq qaldığını və razılaşmanın ilk mərhələsinin başa çatdığını vurğulayaraq, qeyd edib ki, HƏMAS iki paralel istiqamətdə çalışacaq, Fələstin kimliyinin qorunub saxlanılması və yenidən qurmaq və bu yenidənqurma Fələstin xalqının kimliyi bahasına olmamalıdır.