Okt 26, 2025 14:03 Asia/Baku
  • İsrail Kiprə qabaqcıl hava hücumundan müdafiə sistemləri yerləşdirir

Türkiyə ilə gərginlik fonunda İsrail rejiminin yunan Kiprinə qabaqcıl hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi bildirilir.

İşğal olunmuş ərazilərdəki media mənbələri qeyri-adi bir hərbi hərəkətlilikdən xəbər veriblər. İsrailin Kiprə fəaliyyət radiusu 400 kilometrə çatan uzaq mənzilli hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi bildirilir.

Sionist rejim mediasının məlumatına görə, bu sistemlər eyni vaxtda dronlar, qırıcı təyyarələr və qanadlı raketlərlə mübarizə apara bilir. Beləliklə, Türkiyənin hava məkanının bir hissəsini İsrail sistemlərinin əhatə dairəsini daxildir. Bu addım Təl-Əvivin Ankarayla mümkün böhranı idarə etməyə hazır olduğuna dair açıq bir mesaj kimi qiymətləndirilir.

Bundan əvvəl, türkiyəli analitik Bülənt Orakoğlu sionist rejimlə Kipr arasındakı əməkdaşlığı Ankara üçün təhdid kimi xarakterizə edib.

Orakoğlu vurğulayıb ki, Nikosiya ilə Təl-Əviv arasındakı hərbi əməkdaşlıq Aralıq dənizində Türkiyə Hərbi Hava Qüvvələri üçün ciddi təhlükə yaradır.

Bu analitik Türkiyənin "Yeni Şafak" qəzetində dərc olunan təhlilində İsrailin "Barak MX" hava hücumundan müdafiə sisteminin ikinci partiyasının yunan Kiprinə göndərilməsinin strateji əhəmiyyətinə toxunaraq, bildirib ki, bu sistemin Limasol limanı vasitəsilə adaya çatdırılıb və ciddi təhlükəsizlik tədbirləri altında quru yolu ilə daxili ərazilərə daşınıb.

Orakoğlu, həmçinin bildirib ki, sosial mediada paylaşılan videolarda hərbi maşınların limandan çıxdığı görünür.