Okt 27, 2025 14:57 Asia/Baku

Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim Əl-Minar telekanalına verdiyi müsahibədə müqavimət yolunun davam etdiriləcəyini vurğulayaraq, işğalçılarla barış seçimini “xəyal” adlandırıb və Fələstin amalları reallaşmayınca təslim olmayacaqlarını bildirib.

Şeyx Nəim Qasim müsahibəsində qeyd edib ki, Hizbullahın strukturu qüvvələrin səfərbər olunmasından və sürətli bərpasından sonra tam hazır vəziyyətdədir və öz çəkindirmə gücünü qoruyub saxlayıb.

O, əlavə edib: "Biz də dünyanın qalan hissəsi kimi "Əl-Əqsa Tufanı" əməliyyatından, sonra xəbər tutduq və bu əməliyyatın xəbəri başlanandan yarım saat sonra şəhid Seyid Həsən Nəsrullaha çatdırıldı".

Şeyx Nəim Qasim xəbərdarlıq edib ki, Hizbullahın tərksilah edilməsi Livan müqavimətinin "qırmızı xətti"dir.

O, bunu "böyük bir xülya" adlandırıb və Livan xalqını hələ də "yenilməz" qalmağa çağırıb və bütün təzyiqlərə baxmayaraq Hizbullahın keçmişdəki kimi əməliyyatlara hazır olduğunu vurğulayıb.

O, davamında deyib: "Əgər bütün dünya işğalçılarla birləşsə belə, biz təslim olmayacağıq və Livan müqaviməti nəinki zəifləməyib, həm də "on gün ərzində" öz gücünü tam bərpa edib".