Noy 01, 2025 18:05 Asia/Baku
  • İsrail ABŞ-ın qəyyumluğu altındadır

İsrail rejimi tərəfindən qəsb olunmuş Fələstin ərazilərində rəy sorğusu keçirilib.

Onun nəticələrinə əsasən, bu ərazilərdə məskunlaşdırılmış sionistlərin əksər hissəsi bu qənaətdədir ki, İsrail rejimi müstəqil olmayıb, ABŞ-ın qəyyumluğu altındadır.

İsrail rejiminin on ikinci telekanalının apardığı bu rəy sorğusunun nəticəsinə əsasən, işğal edilmiş ərazirlərdə məskunlaşanların əksər hissəsi inanır ki, sözügedən rejim siyasi istiqlaliyyətə malik deyil və Amerikanın nüfuz kölgəsi altında idarə edilir.

Rəy sorğusunda iştirak edən sionist respondentlərin altmış doqquz faizi deyibdir ki, İsrail rejimi hazırda Amerikanın qəyyumluğu altındadır. Respondentlərin altmış yeddi faizi isə vurğulayıbdır ki, Qəzzədəki əməliyyatla bağlı qərarlar, əslində Vaşinqton tərəfindən qəbul edilir.

Altmış yeddi faizi təşkil edən respondentlərin üçdə ikisi/ işğal edilmiş ərazirlərin daxilində siyasi terrorun baş verməsi ehtimalı ilə bağlı nigarançılıq ifadə edib.

Xatırladaq ki, işarə olunan rəy sorğusunun nəticələri/ İsrail rejiminin on ikinci telekanalının oktyabrın iyirmi dördündə yayılan öz xüsusi proqramında sionist rejimi Amerikanın əlli birinci ştatı adlandırması və bu rejimin heç bir qərar qəbul edə bilmədiyini xatırlatmasından bir həftə sonra yayılır.